Ta strona używa cookie. Korzystając z niej wyrażasz zgodę na ich używanie, zgodnie z aktualnymi ustawieniami przeglądarki.
Akceptuję

Loading...


Szukaj Menu
A A A wysoki kontrast: A A

Portal Promocji Eksportu



Polşa Respublikasının vergi sistemi haqqında məlumat

Wyślij Drukuj Pobierz dodał: Anna Woińska | 2019-04-09 09:32:08
vergi, sistemi, ödəniş

Hüquqi şəxslər üçün vergi dərəcələri

Hazırda Polşa Respublikası –Avropa İttifaqının üzvü olan və son illər ərzində iqtisadi inkişafın sabit göstəricilərini nümayiş etdirən sabit dövlətdir. Ölkənin rəhbərliyi iqtisadiyyat, vergi və məhkəmə sistemləri üzrə mühüm islahatlar keçirir. Buna görə də uzunmüddətli perspektivlərə görə mütəxəssislər Polşada işgüzar fəallığın əhəmiyyətlik dərəcədə artımını proqnozlaşdırırlar.

Polşanın qanunvericiliyində əcnəbilər tərəfindən biznesin qurulması sahəsində bəzi xüsusiyyətlər var. İlk növbədə bu MDB ölkələrinə aiddir. Polyak vətəndaşları ilə eyni şərtlərlə sahibkarlıq fəaliyyətini Avropa İttifaqı və Azad Ticarət Avropa Assosiasiyasının üzv ölkələrinin vətəndaşları apara bilərlər. Həmçinin Polşada rəsmi statusu, məsələn Polşada müvəqqəti yaşayış kartını almış, vətəndaşlar da bu hüquqları əldə etmiş olurlar. Bu normalar “Sahibkarlıq fəaliyyətinin azadlığı” haqqında qanunla tənzimlənir.

Digər şəxslər aşağıda qeyd olunmuş formada cəmiyyətləri aça bilər:

· Məhdud məsuliyyətli cəmiyyət

· Səhmdar cəmiyyəti

· Məhdud tərəfdaşlıq cəmiyyəti (Коммандитное общество)

· Tərəfdaşlıq- səhmdar cəmiyyəti (Коммандитное-акционерное общество)

 

Bundan başqa, əcnəbilər Polşada öz şirkətlərinin filialı və nümayəndəliklərini aça bilərlər, polyak şirkətlərindən səhmləri də əldə edə bilərlər.

Polşada biznesin aparılması. İstiqamətlərin variantları

Fəaliyyət sahəsinin seçimində Polşada tam azadlıq verir. Yalnız bəzi biznes növləri üçün yerli hakimiyyət orqanlarından xüsusi icazə almaq lazımdır. Bunlara aşağıdakılar aiddir:

1. Mədənçilik ilə bağlı tədqiqat işləri

2. Silah, sursat və partlayıcı maddələrin istehsalı və satışı

3. Yanacaq və enerji sahəsində biznes

4. Vətəndaşlar və əmlakın müdafiəsi

5. Televiziya və radio sahəsi

6. Qumar oyunlar və aviasiya.

 

Polşada sahibkarlıq fəaliyyətin ən məşhur növü Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). 2019-cu ildə bütün kommersiya şirkətlərin 80% bu formada fəaliyyət göstərir.

Bu forma əsasında, demək olar ki, istənilən sahibkarlıq fəaliyyətini aparmaq olar. Burada yalnız bank və sığorta xidmətləri istisnadır. Nizamnamə kapitalının məbləği 5000 zlotı təşkil edir (təxmini 1165 avro). Təsisçilərin sayı məhdudiyyətsizdir, bir nəfər də ola bilər. Şirkətin qeydiyyatı müddəti, bütün proseduralar nəzərə alınmaqlar, orta hesabla 1-2 ay təşkil edir. Bu müddət qeydiyyat üsulundan da asılıdır, qeydiyyatı onlayn rejimində də aparmaq olar.

 

Vergi sisteminə gəldikdə isə, 2019-cu ildə Polşada aşağıda qeyd olunmuş əsas vergilər təyin olunub:

1. ƏDV— 23%. Sadələşdirilmiş 8% (tibbi avadanlıq, qida məhsullarının çatdırılması), 5% (məhsul və kitabların ayrı növləri) və 0% (daxili və beynəlxalq sərnişin daşımaları).

2. Gəlir vergisi

 

2019-cu ildə hüquqi şəxslərdən alınan gəlir vergisinin faizlərini aşağıdakı cədvəl təsvir edir:

Faiz

Gəlir

19%

Ümumi qaydalarda vergi əsası

9%

Kiçik sahibkarlar və fəaliyyətini – vergi ilində başlayan vergi ödəyiciləri (vergi kapital qrupu və vergi haqqında qanunun m.19, bənd 1a adı çəkilən vergi ödəyiciləri istisna olmaqla)

19%

İdarəsi və ya ofisi Polşa Respublikasının ərazisində olan hüquqi şəxslərin gəlirlərində iştirak edən dividend və ya digər gəlirlərdən ödənilir

19%

İdarə və ya ofisi Polşa Respublikasının ərazisində olan vergi ödəyicisi tərəfindən alınan xarici cəmiyyətin gəlirlərindən ödənilir

 

Polşada uğurlu biznes qurduğunuz və polyak əhalisi üçün iş yerlərini açdığınız zaman Müvəqqəti Yaşayış Kartı, daha sonra isə polyak vətəndaşlığını ala bilərsiniz.

Polşada fəaliyyət sahəsini seçərkən mütləq polyak bazarını öyrənməyinizi məsləhət görürük. Rəqib şirkətləri təyin etmək, vergilərin optimallaşdırma imkanlarını qiymətləndirmək, gələcək inkişaf perspektivlərini, xüsusilə Avropa İttifaqının digər ölkələrinə çıxmaq imkanlarını nəzərdən keçirməlisini.

Şirkət açmazdan öncə Polşaya səfər edib, biznesin qurulması üçün müvafiq şəhəri seçib, vəkil və xüsusi şirkətlərin məsləhətləri ilə tanış olandan sonra qərar qəbul etməyinizi tövsiyyə edirik.