Ta strona używa cookie. Korzystając z niej wyrażasz zgodę na ich używanie, zgodnie z aktualnymi ustawieniami przeglądarki.
Akceptuję

Loading...


Szukaj Menu
A A A wysoki kontrast: A A

Portal Promocji Eksportu



2020-ci ildə Polşada təşkil olunacaq sərgilər

Wyślij Drukuj Pobierz dodał: Elnara Mammadova | 2019-12-18 09:39:01
polşada təşkil olunacaq sərgilərin siyahısını diqqətinizə çatdırırıq.


Mərkəzi Kənd Təsərrüfatı Sərgisi

31 yanvar - 02 fevral 2020-ci il

Sərgi zamanı kənd təsərrüfatı maşınları, avadanlıqları və kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş alətlər təqdim olunacaq. Sərginin məqsədi həmçinin biznes əlaqələrinin qurulması və əməkdaşlığın daha da gücləndirilməsi üçün əlverişli platformanın yaradılmasıdır.

Daha ətraflı: https://centralnetargirolnicze.pl/

 

MT TSL – Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi

01-03 aprel 2020-ci il

Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi yeni nəqliyyat vasitələri, texnologiya və nəql, logistika və ambarlaşdırılma ilə bağlı olan xidmətləri axtaran şirkət və şəxslər üçün nəzərdə tutulub. Sərgi zamanı yeni məhsullar, nəqliyyat bazarında baş verən innovasiyalar təqdim olunacaq və B2B əlaqələr qurulacaq.

Daha ətraflı: https://mttsl.pl/

  1. Varşava İnşaat Maşınları Sərgisi

23 – 25 aprel 2020-ci il

Varşava İnşaat Maşınları Sərgisi mülki mühəndislik və təkrar istifadəyə yönələn bir sərgidir. Üç gün ərzində hər qonaq nümayişlərlə və sərgi üçün xüsusi olaraq hazırlanan təkliflərlə tanış ola bilər.

 

Daha ətraflı: https://warsawconstructionexpo.com/

 

Beynəlxalq Enerji İqtisadiyyatı Sərgisi

7-8 may 2020-ci il

Sərgi elektrik stansiyaları, elektrotexnika, sənaye elektronikası, şəbəkə operatorları, enerji satıcıları, elektrik avtobus və avtomobillər, inşaat sahəsini əhatə edir.

Daha ətraflı: https://warsawenergyexpo.com/

 

Stomatologiya və estetik tibb sərgisi

10-12 sentyabr 2020-ci il

İkinci Stomatologiya və Estetik Tibb Sərgisi və Konqresi Polşada stomatoloji və estetik tibb mühitini bir yerdə toplayan yeganə tədbirdir. Böyük Sektor Şousu formulasında təşkil olunacaq.

Daha ətraflı: https://dentalmedicashow.pl/

 

Beynəlxalq Qida Sərgisi

23-25 sentyabr 2020-ci il

Bu, Polşada aqrar-ərzaq sektoruna həsr olunmuş ən vacib və ən böyük sərgidir. Sərgi müddətində, bir yerdə və eyni vaxtda, qabaqcıl qida istehsalçıları və distribyutorları, mağazaları və topdan satıcıları, stasionar və onlayn, pərakəndə satış şəbəkələri, HoReCa sektorundan və qida distribyutoru və idxalçılarından alış və təchizat sahəsinin qərar verən əməkdaşları görürşəcəklər. Tədbir B2B xarakter daşıyır və səmərəli biznes əlaqələrinin qurulmasına xidmət edir.

Sərgi, yeni müştəri və tərəfdaş tapmaq, yeni məhsulları reklam etmək, hazırkı müştərilərlə əlaqələri inkişaf etdirmək və yenilərini qurmaq üçün ideal yerdir. Sərgilərin təşkil olunduğu Ptak Warsaw Exponun ölkənin inzibati və idarəetmə mərkəzində yerləşməsi sərgidə sektorun ən vacib nümayəndələri, qərar verən şəxslər, ticarət və HoReCa alıcıların iştirakını təmin edir.

Daha ətraflı: https://warsawfoodexpo.pl/

 

Turizm sərgisi

23-25 oktyabr 2020-ci il

World Travel Show Polşada ən böyük turizm tədbiridir. World Travel Show Polşada Ümumdünya Sərgi Sənayesi UFI sertifikatını almış yeganə sərgidir.

Daha ətraflı: https://worldtravelshow.pl/